ABŞ prezidenti Donald Tramp sələfi Co Bayden dövründə qəbul edilmiş 78 qərarı ləğv edən fərman imzalayıb.
Bu barədə “ABC News” məlumat yayıb.
“Prezident Trampın imzaladığı ilk sənəd Bayden dövrünün 78 qərarını ləğv etməkdir”, – məlumatda deyilir.
Donald Trampın digər qərarına əsasən ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxarılır.
Qeyd olunur ki, təşkilatın COVID-19 pandemiyası ilə bağlı qeyri-adekvat addımları, habelə ÜST-ün ABŞ-dən haqsız olaraq ağır ödənişlər tələb etməsi Vaşinqtonun təşkilatdan çıxmasına səbəb kimi göstərilir.