22 C
Baku
Tuesday, September 2, 2025

Tramp bir gün ərzində sərvətini beş milyard dollardan çox artırıb

WLFI tokeninin buraxılmasından sonrakı bir gün ərzində ABŞ Prezidenti Donald Trampın sərvəti beş milyard dollardan çox artıb.

Bu barədə “The Wall Street Journal” nəşri yazır.

Nəşrin məlumatına görə, Tramp ailəsinin yeni kriptovalyutası ilə birjada alqı-satqı əməliyyatları həyata keçirilməyə başlanandan sonra Ağ Ev rəhbərinin sərvəti ona məxsus bütün daşınmaz əmlakın dəyərini ötüb.

Beləliklə, birgünlük gəlir iş adamının bütün həyatı boyu əldə etdiyi qazancını üstələyib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər