ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hakimiyyətdə olduğu bir il ərzində ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb edə bilib ki, bu da sələfi Co Baydenin göstəricilərini 18 dəfədən çox üstələyir.
Amerika lideri bu barədə “The Wall Street Journal” qəzeti üçün yazdığı məqaləsində qeyd edib.
“Mən Amerikaya əvvəllər heç bir ölkənin qarşılaşmadığı nəhəng həcmdə investisiyaları təmin etmək üçün gömrük rüsumlarından uğurla istifadə etdim. Co Bayden, öz hesablamalarına görə, dörd il ərzində Birləşmiş Ştatlara 1 trilyon dollardan az yeni investisiya cəlb etmişdi. Biz isə bir ildən az müddətdə 18 trilyon dollardan çox öhdəlik götürülməsinə nail olduq”, – deyə o bildirib.







