ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Boris Consonu 2020-ci ildə ABŞ-a səfər etməyi təklif edib.
Bu barədə baş nazir dəftərxanasındakı mənbələrə istinadən “The Sunday Times” qəzeti bildirib.
Nəşr qeyd edib ki, səfərin dəqiq tarixi müzakirə mərhələsindədir. Səfər Böyük Britaniyanın Avropa Birliyindən çıxışından sonra, iki ölkənin arasında ticarət danışıqları başlayanda – 31 yanvar 2020-ci ildə planlaşdırılır.
Daha əvvəl iki ölkənin liderləri dəfələrlə azad ticarət haqqında razılaşma bağlamaq barədə bildiriblər. Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra Tramp bildirib ki, Consonun başçılığı ilə mühafizəkarlarla iki ölkə arasında saziş bağlamağa imkan verəcək.
Report