ABŞ prezidenti Donald Tramp yanvarın 9-da Venesuelanın neft sektoruna ən azı 100 milyard dollar investisiya etməyi planlaşdıran iri neft şirkətlərinin rəhbərliyi ilə görüş keçirəcəyini bildirib.
“Sabah biz bütün böyük neft şirkətlərinin rəhbərləri ilə görüş keçirəcəyik, burada — Ağ Evdə toplaşacağıq”, — Tramp yanvarın 8-də “Fox News” telekanalına müsahibəsində deyib və əlavə edib ki, görüşdə 14 şirkətin rəhbəri iştirak edəcək. “Onlar Venesuelanın bütün neft infrastrukturunu bərpa edəcəklər. Ən azı 100 milyard dollar xərcləyəcəklər”, — deyə Tramp qeyd edib.







