Vaşinqton administrasiyası cümə axşamı Türkiyəyə F-35 və F-16 döyüş təyyarələri, Patriot hava hücumundan müdafiə sistemləri və digər silahların potensial satışı ilə bağlı qərarlar qəbul edə bilər.
Bunu ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün əvvəlində deyib.
“Məncə, o, almaq istədiyini ala biləcək. Onun müəyyən şeylərə ehtiyacı var. Bizə isə müəyyən şeylər lazımdır və biz bir qərara gələcəyik. Günün sonuna kimi biləcəksiniz”, – Tramp əlavə edib.