23 C
Baku
Thursday, July 17, 2025

Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ prezidenti Donald Tramp bu həftə Moskvaya qarşı sanksiyalar tətbiq etməyi düşünür. O, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının ləng tempindən məyusdur. Bu barədə “The Wall Street Journal” qəzeti cənab Trampın məsələ ilə bağlı fikirləri ilə tanış olan insanlara istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, məhdudiyyətlər böyük ehtimalla bank sektorunu əhatə etməyəcək. Bununla belə, 30 günlük atəşkəs də daxil olmaqla, Vladimir Putinə təzyiq göstərmək üçün başqa variantlar müzakirə olunur.

Xatırladaq ki, Donald Tramp bazar ertəsi Rusiya prezidenti Vladimir Putindən narazı olduğunu bildirib və əlavə edib ki, ona “nəsə olub”. Bu şərhə səbəb Rusiyanın bir gün əvvəl Ukraynaya zərbələr endirməsi olub. Cənab Tramp əlavə edib ki, o, Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Son xəbərlər
Digər xəbərlər