12 C
Baku
Sunday, October 27, 2024

Tramp bu ilin sonuna qədər amerikalıları gəlir vergisindən azad etmək istəyir

ABŞ prezidenti Donald Tramp, ölkədə koronavirusun yayılmasının nəticələrini azaltmaq məqsədilə bu ilin sonuna qədər amerikalıları gəlir vergisindən azad etmək istəyir.

Banker.az xəbər verir ki, bu haqda Ağ Evin Milli İqtisadi Şuranın rəhbəri Lourens Kadlou məlumat verib.

Respublikaçılarla keçirilən görüşdə “prezident amerikalıları müvəqqəti olaraq gəlir vergisindən azad etmək təklifini irəli sürüb”, Kadlou qeyd edir. O, bunu “vergi tətili” adlandırır.

“Biz Nümayəndələr Palatasının və Senatın (Konqresin) liderləri ilə məsləhətləşmələr aparırıq. Hal-hazırda detallar üzərində işləyirik”, – Lourens Kadlou bildirir.

Xatırladaq ki, bazar ertəsi günü amerikan hökuməti amerikalılar üçün vergi güzəştləri məsələsini müzakirə etməyə başlamışdır. Prezidentin sözlərinə görə, administrasiya üzvləri kiçik və orta biznes müəssisələrinin rəhbərliyi ilə kreditləşmə mövzusunda müzakirələr aparmaq niyyətindədirlər. Bundan əlavə, Vaşinqton koronavirusdan daha çox zərər çəkmiş aviaşirkətlər və kruiz gəmilərin operatorları ilə dialoq aparır.

Son xəbərlər
Digər xəbərlər