9 C
Baku
Thursday, December 12, 2024

Tramp: “Bu müqavilə daha çox Pekinə lazımdır, bizə yox”

Oktyabrın 10-da ABŞ və Çin arasında ticarət danışıqlarının 13-cü raundu başlayır. Görüşdən əvvəl edilən bir sıra “xoşməramlı jestlər” ə baxmayaraq, Pekin ticarət danışıqları ilə bağlı olan gözləntilərini endirib.

Banker.az xəbər verir ki, bu haqda Çin hökumətinin rəsmilərinə istinadən Reuters məlumat verib. Buna baxmayaraq, Donald Tramp nikbinlik nümayiş etdirməyə davam edir. Onun fikrincə, Vaşinqton Pekini çoxdandır ki, küncə sıxıb.

“Çin müqavilə bağlamaq istəyir. Və düşünürəm ki, bu daha çox bizə deyil, ona lazımdır. Biz tariflər hesabına milyardlarla dollar gəlir əldə edirik, onlar isə öz valyutalarını dəyərsizləşdirirlər, sistemlərinə küllü miqdarda pul tökürlər. Çin 3,5 milyon iş yerini itirib, təchizat zəncirləri dağılır. Onlar müqavilə bağlamaq istəyirlər, bəs mən də bunu istəyirəmmi? Sual budur. Əgər bu düzgün razılaşma olsa, məmnuniyyətlə ona imza ataram. Düşünürəm ki, Çin üçün bu çox yaxşı olacaq”, – deyə Tramp bildirib.

Amerika prezidenti bu məsələnin həllində cəmi iki insanın əhəmiyyətli rol oynadığını qeyd edir – o və Si Jinping.

Kameralar qarşısında gülümsəyərək Tramp, kürəyinin arxasında gizlədiyi silahı əldən buraxmır. Əlbəttə ki, məcazi mənada. Bununla belə. Gələn çərşənbə axşamı günü (15 oktyabr) keçiriləcək danışıqlar uğursuz olduğu halda, Vaşinqton Çindən idxal olunan mallara tətbiq etdiyi 25%-lik ticarət tariflərini 30%-a qədər artıracaq.

Nəzəri olaraq, Pekin ticarət müharibəsinə son qoymağa meyl edir. Buna baxmayaraq, Çin hökumətinin rəsmiləri danışıqların uğurlu başa çatacağından əmin deyillər. 

Son xəbərlər
Digər xəbərlər