ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bütün ölkələri sosializmlə mübarizəyə çağırıb.
Bu çağırışı Tramp Venesueladakı vəziyyət barədə danışarkən səsləndirib.
Sosializm və kommunizmin özü ilə əzab və korrupsiya gətirdiyini deyən ABŞ prezidenti bu üzdən dünya ölkələrini bu ideologiyalara qarşı mübarizə aparmağa çağırıb.
“Burada təmsil olunan bütün ölkələri Venesuelada demokratiyanı bərpa etmək çağırışımıza qoşulmağa dəvət edirik”, – deyə o vurğulayıb.