ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya nüvə sualtı qayığı inşa etməyə icazə verdiyini açıqlayıb. Bu bəyanat “Truth Social” sosial şəbəkəsində dərc olunub. Qeyd edək ki, razılaşma çərçivəsində ABŞ-nin Cənubi Koreyaya qarşı tətbiq etdiyi ticarət rüsumları azaldılacaq.
Trampın sözlərinə görə, yeni sualtı qayıq “köhnəlmiş və xeyli az manevr imkanına malik dizel sualtı qayıqları” əvəz edəcək və Filadelfiyadakı Amerika gəmiqayırma zavodlarında tikiləcək.
ABŞ prezidentinin bildirdiyinə görə, bu razılaşma müqabilində Cənubi Koreya 350 milyard dollar ödəməyə, ABŞ neft və qazının idxalını əhəmiyyətli dərəcədə artırmağa, həmçinin Cənubi Koreya şirkətləri və iş adamlarının ABŞ iqtisadiyyatına 600 milyard dollardan çox sərmayə yatırmasını təmin etməyə razılaşıb.






