ABŞ prezidenti Donald Tramp bildirib ki, Çindən gətirilən mallara tətbiq edilən gömrük rüsumları azaldılacaq, lakin tamamilə ləğv edilməyəcək.
Amerika lideri qeyd edib ki, əvvəllər heç bir tarif yox idi. Bununla belə, o, bunun ABŞ üçün sadəcə olaraq “dağıdıcı” olduğunu bildirib.
Tramp Vaşinqton və Pekinin tariflərlə bağlı razılığa gələ biləcəyinə əminliyini ifadə edib. Ölkə başçısı “Çinə təzyiq etmək” niyyətində olmadığını vurğulayıb.
Donald Tramp aprelin 2-də 185 ölkədən gələn mallara 10-50%-lik rüsumlar tətbiq edib. Bir həftə sonra cənab Tramp Aİ ölkələri də daxil olmaqla 75 ölkəyə tariflərin tətbiqini 90 gün müddətinə təxirə salıb. Çinə qarşı tariflər 145%, Çinin cavab tədbirləri isə 125% təşkil edir.