29 C
Baku
Wednesday, July 16, 2025

Tramp Çinə və Türkiyəyə səfər edə bilər

ABŞ lideri Donald Tramp Çinə səfər edə bilər.

Bu barədə Ağ Ev rəhbəri Nyu-Cersi ştatına yollanarkən “bir nömrəli təyyarənin” göyərtəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

“Çin lideri Si Cinpin məni oraya dəvət etdi. O, mənə “Gələcəksən?” deyə soruşdu. O da buraya gələ bilər. Biz bir-birimizlə yaxşı münasibətdəyik”, – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, hələ növbəti dəfə hansı ölkəyə səfər edəcəyinə qərar verməyib:

“Hər şey daim dəyişir. Biz Avropaya səfəri planlaşdırırıq. Məni Türkiyəyə də dəvət ediblər. Açığı, demək olar ki, bütün ölkələrə dəvət olunmuşam”, – deyə o bildirib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər