7 C
Baku
Thursday, December 12, 2024

Tramp Çinə qarşı yeni sərt tədbirlər hazırlayır

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Çinə qarşı sanksiyalar daxil olmaqla, yeni sərt tədbirlər hazırlayır.

Banker.az bu barədə “İZ.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, Amerika lideri ÇXR-in Sinçyan-Uyğur Muxtar Bölgəsində və Honkonqda insan haqlarının pozulmasına görə səlahiyyətlilərə və şirkətlərə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

Bundan əlavə, Çin hökumətinə qarşı rəqiblərindən üstün olmağı təmin edən balıqçılıq sənayesində məcburi əməyə görə sanksiyaların tətbiq edilməsi ehtimalı müzakirə edilir.

“Əgər Pekin siyasət kursunu dəyişdirməsə və dünya səhnəsində məsuliyyətli oyunçuya çevrilməsə, ABŞ-ın gələcək prezidentləri Trampın gördüyü tədbirləri ləğv etməyəcəklər”, – ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Elliot söyləyib.

Eyni zamanda mənbələr Tramp administrasiyasının ABŞ-dakı Çin konsulluqlarını bağlamaq və ya Tayvana qarşı digər böyük addımlar atmağı planlaşdırmadığını qeyd ediblər.

Xatırladaq ki, noyabrın əvvəlində Donald Tramp ÇXR hərbi şirkətləri ilə əlaqəli qiymətli kağızların alınmasını qadağan etmişdir. Fərman 11 yanvar 2021-ci il tarixində qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər