6 C
Baku
Saturday, December 14, 2024

Tramp: “Çin də İran kimi get-gedə zəifləyir”

Donald Tramp, Çin və ABŞ arasında gedən ticarət müharibəsində müvəffəqiyyətindən fərəhlənərək, hər zamanki kimi bu müharibənin amerikalı istehlakçılara və bütövlükdə ölkənin iqtisadiyyatına göstərdiyi mənfi təsir haqqında bir söz deməyib.

Banker.az xəbər verir ki, Tariflərin 10%-dan 25%-a qədər artması, Çinin iqtisadi baxımdan zəifləməsinə gətirib çıxarıb. “Çin də İran kimi get-gedə zəifləyir”, – deyə prezident jurnalistlərə bildirib.

Onun fikrincə, Çin ABŞ ilə ticarət mübahisələrini həll edərək, müqavilə bağlamaq istəyir. Tramp qeyd edir ki, “şirkətlər Çini tərk edirlər” və bunun əsas səbəbi tariflərdir. 

“Tariflər Çinə dağıdıcı təsir göstərirlər”, – deyə Amerika prezidenti vurğulayır.

Xatırladaq ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi daha da kəskinləşir və aparılan danışıqlar heç bir nəticə vermir.

Tərəflər qarşılıqlı olaraq ticarət tariflərini qaldırıblar – ABŞ mayın 10-da, Çin isə iyunun 1-də. 

Son xəbərlər
Digər xəbərlər