27 C
Baku
Saturday, July 27, 2024

Tramp Çin ilə ticarət sazişinə yenidən baxmaq niyyətində deyil

“Biz müqavilə bağladıq. Eşitdim ki, onlar müqavilənin şərlərini özlərinin xeyrinə dəyişdirmək istəyirlər, – Tramp söyləyib. – Gəlin, baxaq: Çin müqavilədəki öhdəliklərini yerinə yetirirmi?”.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, Vaşinqton və Pekin arasında ticarət müqaviləsinin birinci mərhələsi yanvarın 15-də imzalanmışdır. Müqavilə çərçivəsində Çin amerikan mallarının alışını 2017-ci ilin səviyyəsinədək artıracağına söz verdi.

Covid-19 pandemiyası dünyanın ikinci ən böyük iqtisadiyyatına ciddi ziyan vuraraq, Çinin alıcılıq qabiliyyətini şübhə altına saldı.

Tramp Çin saziş üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə ticarət razılaşmasını ləğv edəcəyini bildirib.

Keçən həftə ÇXR-in baş nazirinin müavini Liu He, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin, ticarət sazişinin birinci mərhələsini həyata keçirmək, o cümlədən bunun üçün əlaverişli şərait yaratmaq üçün birlikdə işləməyə razılıq veriblər.

Son xəbərlər
Digər xəbərlər