9 C
Baku
Friday, December 13, 2024

Tramp Çin Kommunist Partiyası üzvlərinin ABŞ-a girişini qadağan etməyi planlaşdırır

Donald Tramp Çin Kommunist Partiyası üzvlərinin ölkəyə girşinə qadağa qoyulması təklifini nəzərdən keçirir. Banker.az xəbər verir ki, bu barədə mənbəyə istinadən New York Times (NYT) məlumat verib.

Qəzetin verdiyi məlumata görə, partiya üzvləri və onların yaxınları vizaları geri ala bilərlər. Qanun layihəsinin detalları hələ təsdiq edilmədiyinə görə, əvvəlcədən bir şey söyləmək çətindir.

NYT yazır ki, qadağanın müzakirəsində Ağ Evin, Dövlət və Daxili Təhlükəsizlik Departamentinin nümayəndələri iştirak edir.
Qeyd edək ki, Çin Kommunist Partiyasına 92 milyon insan daxildir. Təkcə 2018-ci ildə ABŞ-ı 3 milyondan çox Çin vətəndaşı ziyarət edib. Ümumiyyətlə, amerikan hökumətinin məlumat bazasına çıxışı yoxdur, buna görə bu və ya digər vətəndaşın Kommunist Partiyasının üzvü olub-olmadığını müəyyən etmək kifayət qədər çətin olacaq.

İyunun sonunda Çində Honkonqun milli təhlükəsizliyinin təmin edilməsinə dair qanun qəbul edilib. Bu qanun Honkonqa münasibətdə hakimiyyətin devrilməsi, terrorizm və ya digər qeyri-qanuni fəaliyyətə görə müvafiq cəza tədbirlərini əks etdiririr.

ABŞ bu qanun qəbul edildiyi təqdirdə Çinə qarşı sanskiyalar tətbiq edəcəyini bildirərək, Çin Kommunist Partiyasını Honkonqun məcburi şəkildə birləşdirməsində günahlandırıb. “Biz Honkonqun faktiki olaraq ÇXR-in Kommunist Partiyası tərəfindən işğal edildiyini görürük. Və o, demokratiyanın tərəfdarı olan azad insanlara öz iradəsini qəbul etdirir”, – deyə Aö Evin mətbuat katibi Robert O’Brayen söyləyir.

Qeyd etmək lazımdır ki, ABŞ öz sözünün üstündə durdu və bir həftədən sonra Çinə qarşı sanksiyalar tədbiq etdi.

Son xəbərlər
Digər xəbərlər