14 C
Baku
Thursday, October 30, 2025

Tramp Çin malları üçün gömrük rüsumunu 10 faizə endirib

Çin malları üçün gömrük rüsumunu 10 faizə endirdim.

Bu haqda ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdən qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bildiyiniz kimi, mən Çindən idxal olunan mallara, ölkəyə gətirilən [narkotik maddə] fentanil səbəbindən, 20 faiz rüsum tətbiq etmişdim. Bu, böyük bir rüsumdur. (…) Mən onu 10 faiz endirdim”, – Tramp bildirib.

Onun sözlərinə görə, Pekin fentanil axınının qarşısını almaq istiqamətində işləyəcək. ABŞ Prezidentinin qeyd etdiyinə görə, Çin üçün tariflərin ümumi səviyyəsi hazırda 47 faiz təşkil edir.

Bundan əlavə, Tramp kənd təsərrüfatı sahəsində əldə olunan razılaşmalar barədə məlumat verib: “Çox böyük miqdarda soya paxlası və digər kənd təsərrüfatı məhsulları dərhal, elə indi alınacaq”, – o bildirib.

Tramp vurğulayıb ki, Çinlə ticarət sazişi əldə olunub. Saziş bir il müddətinə qüvvədə olacaq və daha sonra yenidən nəzərdən keçiriləcək. Onun sözlərinə görə, sazişin imzalanması yaxın vaxtlarda baş tuta bilər, çünki bunun üçün “ciddi maneələr yoxdur”.

ABŞ prezidenti həmçinin qeyd edib ki, aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin ABŞ-a cavab səfəri baş tuta bilər.

Son xəbərlər
Digər xəbərlər