15 C
Baku
Saturday, April 27, 2024

Tramp: “Çin müqavilə bağlamaq istəyir, bəs biz bunu istəyirikmi?”

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın iqtisadi təzyiqinin Çin səlahiyyətlilərinin ticarət sazişi bağlamaq istəyinə təsir etdiyini söyləyib. Amerika lideri bu açıqlamanı çərşənbə günü Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi siyasi müzakirələrinin keçirildiyi mətbuat konfransında edib.

Banker.az xəbər verir ki, “Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər, – deyə Tramp bildirib. – Bilirsiniz niyə? Çünki onlar iş yerlərini itirirlər və tədarük zəncirləri pozulur. Şirkətlər Çindən çıxırlar”.

“Bununla yanaşı biz tariflər sayəsində milyardlarla dollar pul yığırıq, fermerlərimizə kömək edirik, – deyə amerikan lideri vurğulayır. – Çin yenidən kənd təsərrüfatı məhsullarını almağa başlayıb” .

Donald Tramp qeyd edir ki, oktyabr ayında ölkələr arasında ticarət danışıqlarının 13-cü raundu keçiriləcəkdir.

“Hər şey gözləniləndən daha pis oldu. Onlar müqavilə bağlamaq istəyirlər, bəs biz bunu istəyirikmi?”.

ÇXR və ABŞ bir neçə aydır ticarət mübahisələrini həll etmək üçün danışıqlar aparırlar. Son yüksək səviyyəli danışıqlar Şanxayda iyulun 30-31-də, nazirlər səviyyəsinə danışıqlar isə sentyabrın 19-20-də keçirilmişdir.

Qeyd edək ki, bir gün əvvəl Amerika lideri Çini çoxsaylı qanun pozuntularında ittiham etmişdir. Trampın fikrincə, 60 mindən çox amerikan müəssisəsinin bağlanmasının əsas günahkarı Çindir. Ağ ev rəhbərliyinin dediyi kimi Çinin ticarət siyasətinə əqli mülkiyyətin oğurlanması, müəssisələrə dövlət dəstəyi, ədalətsiz ticarət və s. daxildir. Məhz buna görə də ÜTT (Ümumdünya Ticarət Təşkilatı) qaydalarını kökündən dəyişdirməlidir.

Dövlət başçıları ölkələr arasındakı mübahisəyə son qoymaq üçün qarşılıqlı olaraq bir-birinə güzəştə gedirlər. Belə ki, ABŞ Çindən idxal olunan mallara qarşı ticarət tariflərinin tətbiqini oktyabrın 1-dən 15-ə kimi təxirə salıb, Çin isə sentyabrın 17-dən başlayaraq 16 növ amerikan məhsulunu tariflərdən azad edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər