25 C
Baku
Wednesday, October 5, 2022

Tramp Çin və Avropanı valyuta manipulyasiyalarında günahlandırıb

Çin və Avropa valyuta manipulyasiyaları ilə məşğuldurlar.

Banker.az xəbər verir ki, bu haqda öz “Twitter” hesabında ABŞ prezidenti Donald Tramp yazır.

“Çin və Avropa böyük valyuta manipulyasiyaları ilə məşğuldurlar və ABŞ ilə rəqabət aparmaq üçün öz sistemlərini pul ilə doldurmağa çalışırlar”, – prezident qeyd edərək əlavə edir ki, Vaşinqton buna qarşı durmalıdır.

Amerikan liderinin sözlərinə görə, əgər ABŞ bunu etməsə, ölkə “başqalarının oynadığı oyunları görməyən axmaq kimi qalacaqdır”.

“Regnum” xəbər agentliyinin verdiyi məlumata görə, dünyanın bir çox ölkələrində dollardan asılılığı azaltmaq tendensiyası get-gedə populyarlıq qazanır.

Son xəbərlər
Oxşar xəbərlər