19 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Tramp Çində iş yerləri açan şirkətləri cəzalandıracağını bildirib

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ prezidenti Donald Tramp, Çində iş yerləri açan şirkətləri dövlət müqavilələrindən məhrum edəcəyini söyləyib. Banker.az “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, o bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, onun vəzifəsi yeni iş yerləri yaratmaqla yanaşı, həyati vacib olan məhsulların istehsalını ABŞ-da qurmaqdır. “Biz Çində və digər ölkələrdə iş yerləri açan və bizi aldadan şirkətləri cəzalandıracağıq”, – deyə prezident qeyd edib.

Əgər onlar burada istehsal yarada bilmirlərsə, qoy bizə yüksək vergilər ödəsinlər. Bundan əlavə, biz istehsalı Çinə köçürən şirkətləri dövlət müqavilələrindən məhrum edəcəyik. Çini məsuliyyətə cəlb edəcəyik. O, ordusunu bizim pul hesabına gücləndirir, mənsə bunu istəmirəm”, – deyə Donald Tramp əlavə edib.

Qeyd edək ki, Tramp həmçinin qarşıdakı prezident seçkilərindəki rəqibi Co Bayden ilə mübahisə etmək üçün Çindən istifadə edib. Onun sözlərinə görə, seçkilərdə Co Bayden qalib gəldiyi təqdirdə, Amerikaya Çin rəhbərlik edəcək.

Daha əvvəl Bayden də rəqibini tənqid etmək üçün Çin mövzusundan istifadə etmişdir. O, Trampın Pekinlə ticarət razılaşmasını əldə etdikdən sonra Çin ilə çox yumşaq davrandığını hesab edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər