8 C
Baku
Thursday, December 12, 2024

Tramp Çini vədlərini pozmaqda günahlandırıb

ABŞ prezidenti Donald Tramp, Çini vədlərini pozmaqda günahlandırıb.

Banker.az xəbər verir ki, daha əvvəl Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarını idxal etməyə söz verib.

“Bununla Çin bizi pis vəziyyətdə qoymuş olur. Ümid edirəm ki, onlar öz vədlərini qısa bir zamanda yerinə yetirməyə başlayacaqlar”, – deyə prezident sosial şəbəkə səhifəsində yazır.

https://twitter.com/realDonaldTrump/status/1149318492711264257

Xarici KİV-in verdiyi məlumata görə, iyun ayının sonunda ABŞ və Çin ticarət danışıqlarını davam etdirmək qərarına gəliblər. Donald Tramp “Huawei” şirkətinə qarşı tətbiq edilmiş məhdudiyyətləri yumşaltmaq niyyətində olduğunu bildirib.

Bunun əvəzində Çin “böyük miqdarda” kənd təsərrüfatı məhsullarını almağa söz verib.

Görüşün nəticəsində liderlər müqavilənin müddəti barədə heç bir razılığa gələ bilməyiblər.

ABŞ və Çin arasında may ayının 10-da keçirilən ticarət danışıqları heç bir nəticə verməyib.

Son xəbərlər
Digər xəbərlər