16 C
Baku
Friday, November 22, 2024

Tramp: “Çinin iqtisadi siyasəti ABŞ-a ildə 500 milyard dollar zərər vurur”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard ABŞ dolları itirdiyini açıqlayıb.

Bu barədə D. Tramp “Fox News”a müsahibəsində bildirib.

Müsahibəsi zamanı Ağ Evin keçmiş rəhbəri ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni dəfələrlə tənqid edib.

Onun sözlərinə görə, C. Baydenin yeni növ koronavirus infeksiyasına qarşı mübarizəsi yetərli deyil:

“Ancaq bilirsiniz ki, bu il mənim dövrümdən daha çox insan ölümü var. Ölkəmiz heç vaxt indiki kimi aşağı səviyyədə olmayıb, ölkəyə Çin, Rusiya, Şimali Koreya tərəfindən heç vaxt belə hörmətsizlik göstərilməyib. Heç vaxt belə vaxt olmayıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər