20 C
Baku
Sunday, June 15, 2025

Tramp Çinlə razılaşma əldə etdiyini açıqlayıb

Danışıqlardan sonra ABŞ və Çin nümayəndə heyətləri qarşılıqlı tarifləri əhəmiyyətli dərəcədə azaltmaq barədə razılığa gəliblər. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çin ilə müqaviləmiz hazırdır. Yalnız mənim və prezident Sinin təsdiqi lazımdır. Münasibətlər əladır! Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”, – Tramp yazıb.

Razılaşma çərçivəsində Vaşinqton Çin mallarına tətbiq edilən rüsumları 145%-dən 55%-ə, Pekin isə Amerika mallarına tətbiq edilən rüsumları 125%-dən 10%-ə endirəcək. Bundan əlavə, ABŞ yenidən çinli tələbələrə Amerika universitetlərində təhsil almağa icazə verəcək.

Nümayəndə heyətlərinin danışıqları Londonda baş tutub və 20 saat davam edib. ABŞ-nin ticarət naziri Hovard Lutnik jurnalistlərə bildirib ki, tərəflər keçən ay ticarət tariflərini azaldan Cenevrə konsensusunun həyata keçirilməsi üçün struktur hazırlayıblar.

Bundan əvvəl nazir Pekinin Amerika avtomobil və müdafiə şirkətləri üçün mühüm əhəmiyyət kəsb edən nadir torpaq metallarının tədarükünü sürətləndirməyə söz verdiyini, Vaşinqtonun isə Çindən gələn mallara ixrac nəzarətinin bir hissəsini yumşaldacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər