12 C
Baku
Monday, October 28, 2024

Tramp COVID-19 haqqında çox şey öyrəndiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp xəstəliyi zamanı koronavirus haqqında çox şey öyrəndiyini bildirib.

RİA Novosti xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, bu, çox maraqlı bir səyahətdir: “Mən COVID haqqında çox şey öyrəndim. Sanki məktəbə getdim və öyrəndim. Bu haqda çox bilgi əldə etdim, əsl bir məktəbdir. Bunu artıq anlayıram və bu barədə sizə danışacağam”.

Tramp xəstə olduğundan hələlik koronavirus haqqında bildiklərini söyləyə bilməyəcəyini vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər