ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə edib.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“NATO-nun Baş katibi Mark Rütte ilə Qrenlandiya barədə çox yaxşı telefon danışığım oldu. Mən İsveçrənin Davos şəhərində bütün maraqlı tərəflərin görüşünün keçirilməsinə razılıq verdim. Qrenlandiya milli və dünya təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Geri dönüş yolu yoxdur və bu məsələdə hamı razıdır”, – D.Tramp qeyd edib.






