3 C
Baku
Tuesday, January 20, 2026

Tramp Davosda “Sülh Şurası”nın nizamnaməsini imzalamaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp 22 yanvar tarixində Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumu (WEF) çərçivəsində Qəzza sülh prosesi üçün “Sülh Şurası”nın nizamnaməsinin mandatını və tam mətnini təsdiqləməyi planlaşdırır.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp təşəbbüsü rəsmi olaraq başlatmaq üçün dəvət olunmuş ölkələrin cümə axşamı sənədi imzalamasında israr edir.

Nizamnamə layihəsinə görə, Tramp qurumun ilk sədri olacaq və yeni üzvlərin dəvət edilməsi barədə şəxsən qərar verəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər