Tramp demokratların praymerizinə qədər mitinq keçirəcək

Bu il ikinci dəfə ABŞ prezidentliyinə namizəd olacaq respublikaçı Donald Tramp Nyu-Qempşir ştatında demokratların partiya seçkiləri (praymeriz) ərəfəsində özünün seçkiöncəsi mitinqini keçirməyə qərar verib.

Bu barədə RİA “Novosti” xəbər verir.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

ABŞ-ın Demokrat partiyası namizədləri arasında praymerizi fevralın 11-də keçiriləcək.

Cümə axşamı Tramp özünün “Twitter”dəki hesabında praymerizdən bir gün əvvəl Mançester (ştatın paytaxtına) şəhərində mitinq keçirəcəyi barədə Ağ Evin jurnalistlərindən birinin xəbərini təsdiqləyib. “Həqiqət!”, – deyə dövlət başçısı əlavə edib.

Bu, demokratların ikinci praymerizi olacaq. Birinci proses fevralın 3-də Ayovada keçiriləcək.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları