Bu il ikinci dəfə ABŞ prezidentliyinə namizəd olacaq respublikaçı Donald Tramp Nyu-Qempşir ştatında demokratların partiya seçkiləri (praymeriz) ərəfəsində özünün seçkiöncəsi mitinqini keçirməyə qərar verib.
Bu barədə RİA “Novosti” xəbər verir.
ABŞ-ın Demokrat partiyası namizədləri arasında praymerizi fevralın 11-də keçiriləcək.
Cümə axşamı Tramp özünün “Twitter”dəki hesabında praymerizdən bir gün əvvəl Mançester (ştatın paytaxtına) şəhərində mitinq keçirəcəyi barədə Ağ Evin jurnalistlərindən birinin xəbərini təsdiqləyib. “Həqiqət!”, – deyə dövlət başçısı əlavə edib.
Bu, demokratların ikinci praymerizi olacaq. Birinci proses fevralın 3-də Ayovada keçiriləcək.
©Report