28 C
Baku
Saturday, July 13, 2024

Tramp deyir ki, ABŞ tarixdə ən təhlükəli dövrünü yaşayır

“Hazırda ölkə tarixinin ən təhlükəli dövrüdür və buna səbəb isə nüvə silahının tətbiqi riskinin yüksək olmasıdır”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox Nyus”a müsahibəsində bildirib.

O, ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni Pentaqonun artilleriya sursatlarının çatışmazlığını etiraf etdiyinə görə sərt tənqid edib.

D.Tramp xatırladıb ki, onun prezidentliyi dövründə ABŞ hərbi anbarları kifayət qədər silahla dolu olub.

“Prezident kürsüsündə əyləşən şəxs nə etdiyini bilmir. Bu şəxs durub dünyaya bəyan edir ki, döyüş sursatlarımız yoxdur. Əgər sən hər şeyi paylayıb qurtarmısansa, bu, dəhşətdir. Ən pisi də bunu bütün dünyaya bəyan etməkdir. Çin və bizə digər düşmən mövqedə olan ölkələrə bildirirsən ki, bizim döyüş sursatlarımız yoxdur. Nə qədər axmaq olasan ki, bu sözləri bəyan edəsən?”, – D.Tramp əlavə edib.

Qeyd edək ki, iyulun 7-də ABŞ Ukraynaya kasetli mərmilərin göndərildiyini elan edib. İyulun 13-də isə Pentaqon Ukrayna hərbçilərinin ABŞ və digər ölkələrdən kasetli mərmilər aldığını təsdiqləyib. Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin kaset mərmilərinin istifadə edilməsinə adekvat cavab verəcəklərini deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər