13 C
Baku
Saturday, November 23, 2024

Tramp deyir ki, Baydenin Ukrayna siyasəti üçüncü dünya müharibəsinə gətirib çıxara bilər

ABŞ Prezidenti Co Baydenin Ukrayna siyasəti bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyə bilər.

Bu fikri Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp özünün “Truth Social” şəbəkəsində yazıb. Onun sözlərinə görə, Co Bayden Ukrayna siyasətində atdığı addımlarla bəşəriyyəti sistematik və ola bilsin ki, qeyri-ixtiyari olaraq üçüncü dünya müharibəsinə çevrilə biləcək hadisələrə sürükləyir.

Fevralın 20-də Florida ştatında tərəfdarları qarşısında çıxış edən Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə dərhal Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Rusiya lideri Vladimir Putinə zəng edərək müharibənin tezliklə dayandırılması üçün görüş təşkil edəcəyini bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər