İranın raket sənayesini və donanmasını məhv edəcəyik.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyada bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına sahib ola bilməz. Buna görə də, ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki, öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki, bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”, – Tramp qeyd edib.






