Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

ABŞ Prezidenti Donald Tramp dizel yanacağının ixracına müvəqqəti qadağa tətbiq etmək planından imtina etdiyini bildirib.

Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Biz ixrac qadağası tətbiq etməyəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Avropa ölkələrinin yanacaq qiymətlərini azaltmaq məqsədilə strateji ehtiyatlarından böyük həcmdə istifadə barədə razılığa gəldiyini açıqlamışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər