15 C
Baku
Friday, March 29, 2024

Tramp dollardan başqa heç bir valyutanı pul hesab eləmir: “Dünyada hökmran valyutadır, belə də qalacaq”

Tramp kriptovalyutaya güvənmədiyini bildirib.

Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp kriptovalyutaların tərəfdarı olmadığını söyləyərək, “Facebook” və digər şirkətlərə bankdan lisenziya almağı, tənzimləyici çərçivəsində fəaliyyət göstərməyi tövsiyə edib.

“Mən bitkoin və ya digər kriptovalyutaların tərəfdarı deyiləm. Onların dəyəri çox dəyişkəndir. Əgər “Facebook” və digər şirkətlər bank olmaq istəyirlərsə, yeni bank lisenziyasını almaq üçün müraciət edərək bank qanunvericiliyinin obyektinə çevrilməlidirlər”, -deyə Tramp sosial şəbəkədə yazır.

 “Bizim yalnız bir stabil valyutamız var, o da dollardı. Dollar bütün dünyada dominantlıq edir və həmişə belə olacaq. Buna ABŞ dolları deyirlər!”, – prezident əlavə edir.

Libra – İsveçrə fondunun “Facebook” ilə birgə tərtib etdiyi yeni kriptovalyutadır. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə. Libra “Visa, “Mastercard”, “PayPal”, “Uber”, “eBay”, “Farfetch” və digər şirkətlər tərəfindən dəstək alır. 2020-ci ilin birinci rübündə kriptovalyutanın bazara çıxarılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər