9 C
Baku
Friday, December 13, 2024

Tramp dolların məzənnəsini nəzarətə götürdü

Çərşənbə günü ABŞ istiqrazlarında  gəlirlərin düşməsi səbəbindən dollar məzənnəsi düşdü.

Banker.az bildirir ki, ötən həftə, investorlar ABŞ-ın borclarını daxili inflyasiyanın sürətləndirə biləcəyi qorxuları ilə bağlayaraq Federal Ehtiyatların faiz dərəcələrinin yüksəlməsini sürətləndirməyə çağırdılar.

Çərşənbə axşamı xəzinədarlığın 10 illik gəliri  3,2011 faiz geriləmədən öncə yeddi illik maksimum 3,261 faiz səviyyəyə yüksəldi.

Altı əsas pul vahidinə qarşı   dolların məzənnəsi, yeddi həftəlik ən yüksək göstərici  96,155 çatdıqdan sonra 0,1% -ə düşərək 95,67 səviyyəsinə çatıb.

Bazarlar Çərşənbə günü ABŞ prezidenti Donald Trump tərəfindən baza faiz dərəcəsini sürətləndirən Federal Rezervini yenidən tənqid edən başqa bir bəyanatı qiymətləndirəcək.

«Hesab edirəm ki, biz bu qədər sürətlə hərəkət etməməliyik (qiymətlərin artması ilə). Mən borcun ödənilməsinin mümkün olmağını  istərdim» – Trump Ağ evdə jurnalistlərə bildirib (PRIME-dan sitat).

Daha əvvəl də Trump FRS-ni açıq şəkildə tənqid edib. Onun fikrincə, tənzimləyicinin siyasəti dolların güclənməsinə gətirib çıxarır ki, bu da Ağ Evin digər ölkələrlə daha ədalətli ABŞ ticarət əlaqələri qurma səylərini zəiflədir.

Amerika Mərkəzi Bankı sentyabr ayında dərəcəni (0,25 faiz bəndindən – 2,25% qədər illik, 1.75-dən-2%dək illik) bir dəfə daha yüksəltmişdir və pul siyasətini tədricən gücləndirməyə davam etməyi planlaşdırır, çünki bu, iqtisadi artım üçün yaxın gələcəkdə heç bir təhlükə yaratmır. Bundan əlavə, FRS hələ də iki əsas vəzifəsi ilə mübarizə edir: inflyasiyanı saxlamaq və məşğulliyəti qorumaq. İndi ki inflyasiya məqsəd qoyulmuş göstəricidən bir az çoxdur-2%, işsizlik isə 3,7% – demək olar ki, yarım əsrdə ən aşağı rəqəmdir.

Lakin əgər FRS, Ağ Evin rəhbərini «eşidərsə» tənzimləyici siyasəti rahatlaşa bilər və bu, istiqrazların gəlirlərinə və dollar məzənnəsinin azalmasına istiqamət verəcək.

 

Son xəbərlər
Digər xəbərlər