27 C
Baku
Sunday, July 21, 2024

Tramp dörd il ərzində öz biznes imperiyasını genişləndirib

ABŞ prezidenti olduğu ilk müddətdə Donald Trampın potensial maraq toqquşmalarına görə xarici şirkətləri və işgüzar əlaqələri daimi olaraq yoxlanılırdı. Bununla belə, son dörd il ərzində o, Cənubi Amerika, Avropa, Asiya və Yaxın Şərq daxil olmaqla müxtəlif ölkələrdə yeni sövdələşmələrlə öz biznes imperiyasını genişləndirə bilib.

Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşr bildirib ki, 2020-ci ilə qədər Tramp Təşkilatının (Trump Organization – Red) 52 aktivi var idi. Təşkilat Tramp prezident olduğu müddətdə İsrail, Səudiyyə Ərəbistanı və Filippindəki layihələrə qoşulmamaq qərarına gəldi.

Lakin o, Ağ Evdən ayrıldıqdan sonra şirkətlər xaricdə genişlənməni bərpa ediblər və hazırda səkkizi yeni layihələr olmaqla 49 aktivi idarə edirlər.

“WSJ”nin məlumatına görə, eks-prezidentin biznes imperiyasına ən azı 17 yaşayış layihəsi, 12 qolf meydançası və 12 otel və ya kurort daxildir. Qəzet həmçinin Tramp Təşkilatı ilə Omanın Dar Al Arkan arasında Omandakı qolf kurortunu brendləşdirmək və idarə etmək üçün 1.6 milyard dollarlıq müqaviləni də misal çəkib.

Bununla belə, Trampın tənqidçiləri onun ilk dövründə siyasət və biznes maraqlarını ayırmaq üçün kifayət qədər iş görmədiyini iddia ediblər.

Trampın özü hər hansı etik pozuntusunu rədd edib və qeyd edib ki, Tramp Təşkilatı siyasətə gəlməmişdən xeyli əvvəl daşınmaz əmlak layihələrində və digər xaricdəki müəssisələrdə iştirak edib.

“Forbes”in məlumatına görə, Trampın xalis sərvəti hazırda 2.6 milyard dollardır. 2016-cı ildə seçilməmişdən əvvəl onun 4.5 milyard dolları olduğu halda, prezidentlik dövründə, 2020-ci ilə qədər sərvətinin yarıdan çoxunu itirmişdi. Onun aktivlərinin dəyəri yalnız Ağ Evi tərk etdikdən sonra artmağa başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər