25 C
Baku
Saturday, July 27, 2024

Tramp dünyanın ən güclü nüvə silahını yaradacağını vəd etdi

Vaşinqton dünyanın ən güclü nüvə silahını yaradacaq. Bankeraz xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp PBS kanalının yayımladığı çıxışında söyləyib.

Amerika lideri ABŞ, Rusiya və Çin arasında nüvə silahına nəzarət müqaviləsi olmasa da, güclü nüvə silahını yaratmaqdan başqa bir çıxış yolunu görmür.

“Bizim üçün yeganə yol dünyanın ən güclü nüvə silahını yaratmaqdır”, – Tramp bildirir.

Prezidentin sözlərinə görə, Rusiya və Çin bu məsələni müzakirə etməyə hazırdırlar. Buna baxmayaraq, tərəflər arasında nüvə silahı ilə bağlı hələki heç bir razılaşma yoxdur. Tramp qeyd edir ki, nüvə dövlətləri silahlanmaya milyardlarla dollar vəsait xərcləyirlər.

Son xəbərlər
Digər xəbərlər