12 C
Baku
Wednesday, December 10, 2025

Tramp: Ən çox sevdiyim söz “rüsum”dur

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, “rüsum” onun sevimli sözüdür. O, bunu 9 dekabrda Pensilvaniya ştatının Maunt-Pokono şəhərindəki çıxışı zamanı deyib.

“Mən deyərdim ki, sevimli sözüm “rüsum”dur. Mən onu lüğətdəki hər hansı başqa sözdən daha çox sevirəm”, — deyə “The New York Post” onun sözlərini sitat gətirir.

Amerikalı lider qeyd edib ki, administrasiyasının tarif siyasəti sayəsində Pensilvaniyada inkişaf etmiş polad sənayesi işçiləri “özlərini çox yaxşı hiss edirlər”. “Əgər bizdə rüsumlar olmasaydı, polad da olmazdı. ABŞ-də bir dənə də olsun poladəritmə zavodu qalmazdı və bu, milli təhlükəsizlik üçün çox pis olardı”, — deyə o bildirib.

Qeyd edək ki, Tramp 2 aprel 2025-ci ildə 185 ölkə və ərazidən gətirilən məhsullara 10%-dən 49%-ə qədər gömrük rüsumları tətbiq olunduğunu elan etmişdi. 5 apreldə universal 10%-lik tariflər qüvvəyə minib, 9 apreldə isə konkret ölkələrə aid individual tariflər tətbiq olunmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər