31 C
Baku
Saturday, May 31, 2025

Tramp FED-i faiz dərəcələrini aşağı salmağa çağırıb

ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra ilk təkbətək görüşündə Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli yenidən faiz dərəcələrini azaltmağa çağırıb.

Ağ Evin mətbuat katibi Karolina Livitt deyib ki, Tramp FED sədrinin faizləri azaltmamaqla səhv etdiyini düşündüyünü deyib. Livitt əlavə edib ki, bu, ABŞ-ni Çin və digər ölkələrlə müqayisədə iqtisadi cəhətdən əlverişsiz mövqeyə salır.

Eyni zamanda, görüşdə Trampın Paueli tutduğu vəzifədən çıxarıb-çıxarmayacağının müzakirə olunmadığı bildirilib. Pauellin FED sədri kimi səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.

Son xəbərlər
Digər xəbərlər