ABŞ prezidenti Donald Tramp, Federal Ehtiyatlar Sistemini faiz dərəcələrini sıfırdan aşağı səviyyəyə salmağa çağırıb.
Banker.az xəbər verir ki, “Biz başqaları ilə müqayisədə daha az faiz ödəməliyik!” – deyə Tramp Avropa və Asiyada tətbiq olunan mənfi faiz dərəcələrə istinadən öz Twitter səhifəsində yazıb.
Xatırladaq ki, sentyabrın 18-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini 1,75-2% qədər azaldıb.
FED-in sədri Jerome Powell bildirir ki, ABŞ iqtisadiyyatında vəziyyət pisləşsə, faiz dərəcələri yenə endiriləcəkdir. Onun fikrincə, hələki buna ehtiyac yoxdur.
ABŞ prezidenti isə dəfələrlə FED-in fəaliyyətindən razı olmadığını bildirib. Tramp FED-i faiz dərəcələrini sıfırdan aşağı səviyyəyə endirməyə çağırır. Qeyd edək ki, Danimarka, Yaponiya, İsveç və İsveçrə kimi ölkələrdə faiz dərəcələri artıq sıfırdan aşağı səviyyəyə endirilib.
Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Avropa Mərkəzi Bankı faiz dərəcələrini mənfi 0,5% qədər endirib. Bunla bank Avropa iqtisadiyyatını və inflyasiyanı stimullaşdırmağa çalışır.