Tramp FED-i tənqid edib: “Cəsarəti çatmadı”

0
Ceremi Povel və D.Tramp

ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemini (FED) və onun rəhbəri Jerome Powel-i tənqid edib.

D.Tramp bildirib: “Cey Pauell və FED yenidən uğursuzluğa uğradılar. “Cəsarət” çatmadı, heç bir mənası yoxdur, görüş yoxdur! Dəhşətli kommunikator!”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, bunu ABŞ prezidenti öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ-ın FED il ərzində ikinci dəfə faiz dərəcəsini aşağı salıb. Sentyabrın 17-18-də keçirilən iclasın nəticələrinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.

Xatırladaq ki, daha əvvəl D.Tramp FED-i baza dərəcəsini sıfıra və ya mənfiyə qədər azaltmağı çağırıb.