6 C
Baku
Thursday, December 5, 2024

Tramp FED-in bu qərarına qarşıdır. Səbəb?

Bu gün neftin qiymətinin enməsinin əsas səbəblərindən biri Federal Ehtiyat Sisteminin (FED) iclasına Donald Tramp [ABŞ Prezidenti] administrasiyasının mesajıdır. Belə ki, Tramp FED-in faiz artımı etməsinə qarşıdır və faiz artımının olmaması üçün əsas amillərin olduğunu göstərmək istəyir.

Banker.az xəbər verir ki, bu barədə ekpert Elman Sadıqov öz şərhində deyib.

Ekspert deyir ki, əsas amillərdən birincisi isə hazırda inflyasiya dərəcəsidir. Əgər FED inflyasiyasının artmayacağına əmin olarsa faiz artımı etməyə bilər. İnflyasiyaya əsas təsir göstərən amillərdən biri isə enerjinin [neftin, qazın] qiymətidir. FED-in faiz artımını həyata keçirtməməsinə bu qədər şiddətlə qarşı olmaq üçün əslində Tramp administrasiyasının əlində kifayət qədər əsaslar vardır: birjalardakı vəziyyət (faiz artımından sonra səhmlərin düşməsi və iqtisadi daralma risklərinin olacağıdır ki, bu da Trampın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə kölgə sala bilər), istiqraz bazarındakı çox riskli vəziyyət, bahalı dolların hazırda borc və tədiyyə balansı məsələlərində əngələ çevrilməsi (ABŞ yüksək səviyyədə olan borclarını azaltmaq və tədiyyə balansındakı mənfi saldonu ən azı neytrallaşdırmaq üçün dolların daha da bahalaşmamasına ehtiyac duyur).

“Dolayısı ilə, bu gün dünyada neftin qiymətinin ABŞ iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşımağa başlaması səbəbindən böyük ehtimalla Tramp adiministrasiyası bu məsələdə çox prinsipial və qərarlı olmaqda davam edəcək.” – deyə ekspert bildirir.

Son xəbərlər
Digər xəbərlər