ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauelin tutduğu vəzifədən mümkün uzaqlaşdırılmasını nəzərdən keçirir.
Bu barədə jurnalistlərə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
“Prezident və komandası bu məsələyə baxmağa davam edəcək”, – o deyib.
Xatırladaq ki, dünən Tramp arzu edərsə, FED rəhbərinin vəzifəsini tərk etmək məcburiyyətində qalacağını söyləmişdi.
Qeyd edək ki, Pauel 2018-ci ilin fevralında vəzifəsinin icrasına başlayıb, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.