28 C
Baku
Saturday, July 27, 2024

Tramp federal pensiya fonduna Çin şirkətlərinə investisiya qoymağı qadağan etdi

ABŞ prezidenti Donald Tramp, ölkənin aparıcı federal pensiya fonduna Çin şirkətlərinə investisiya qoymağı qadağan edib. Onun sözlərinə görə, bu investisiyalar ölkənin milli təhlükəsizliyi üçün təhdiddir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl 600 milyard dollar məbləğini idarə edən Pensiya İnvestisiyaları üzrə Federal Şura (FRTIB) “Əmanət planı” na Çin şirkətlərinin daxil olduğu MSCI indeksini də əlavə etməklə, beynəlxalq səviyyədə genişləndirmək niyyətində olduğunu açıqlamışdır.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert O’Brayen və Ağ Evin iqtisadi məsələlər üzrə məsləhətçisi Larri Kudlou, MSCI-nin istifadəsinin “pensiya fondlarını əhəmiyyətli və lazımsız riskə məruz qoyacağını” söyləyiblər. Bundan əlavə, indeksə daxil olan şirkətlər sanskiyalara məruz qaldıqda müəyyən hüquqi problemlər yarana bilər.

“Financial Times” qəzetinin verdiyi məlumata görə, mütəxəssislər “gələcək sanksiyaların Çin hökumətinin Covid-19 pandemiyasının yayılmasında günahkar olması ilə əlaqədar olacağını” qeyd edirlər.

Son xəbərlər
Digər xəbərlər