Tramp Floridada fövqəladə vəziyyət rejimi elan edib

ABŞ prezidenti Donald Tramp “İsayya” qasırğasının yaxınlaşmasına görə Florida ştatında fövqəladə vəziyyət rejimini elan edib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyinə, Fövqəladə İdarəetmə üzrə Federal Agentliyə fövqəladə vəziyyətin səbəb olduğu yerli əhalinin çətinliklərini və əziyyətlərini yüngülləşdirmək üçün bütün təcili cavab tədbirlərini əlaqələndirmək səlahiyyəti verdi”, – mətbuat xidmətində bildirilib.

Bundan başqa, xəbərdə qeyd edilir ki, Fövqəladə İdarəetmə üzrə Federal Agentlik fövqəladə vəziyyətin fəsadlarının yumşaldılması üçün avadanlıq və resurslarını səfərbər edə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları