24 C
Baku
Friday, April 26, 2024

Tramp G7 sammitini təxirə salmağı və danışıqlara Rusiyanı dəvət etməyi planlaşdırdığını açıqladı

ABŞ prezidenti Donald Tramp, G7 sammitini iyun ayından sentyabr ayına qədər təxirə salmağı və danışıqlara Rusiyanı dəvət etməyi planlaşdırdığını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə CNN məlumat verib.

“G7 təşkilatının dünyada baş verənləri düzgün təmsil etdiyini gördüyüm üçün sammiti təxirə saldım. Bu, çox köhnəlmiş ölkələr qrupudur”, – Tramp bildirir.

Prezident həmçinin danışıqlara daha dörd ölkəni dəvət etməyi planlaşdırdığını söyləyib: Rusiya, Avstraliya, Hindistan və Cənubi Koreya. Beləliklə, onun sözlərinə görə, G7 təşkilatı G11 təşkilatına çevrilmiş olacaqdır.

Koronavirusun yayılması fonunda Donald Tramp G7 liderlərinin fərdi görüşünü təxirə salaraq, onu iyun ayında videokonfrans formatında keçirmək qərarına gəlib. Ağ Evin rəhbəri bunu “hər bir ölkəyə gücünü koronavirus pandemiyası ilə mübarizə üzərində cəmləşdirmək imkanını vermək” ilə izah edir.

Xatırladaq ki, daha əvvəl G7 sammitinin iyun ayının 10-da keçirilməsi planlaşdırılırdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər