27 C
Baku
Monday, July 21, 2025

Tramp “GENIUS” qanununu imzaladı: Kriptovalyuta bazarı üçün nə dəyişəcək?

ABŞ Prezidenti Donald Tramp kriptovalyutaların tənzimlənməsi ilə bağlı “GENIUS” adlandırılan qanun layihəsini imzalayıb.

Bu barədə “CBS News” bildirib.

Yeni qanun layihəsi ABŞ tarixində rəqəmsal valyuta sektorunu tənzimləyən ilk irimiqyaslı normativ akt olacaq. Sənəd “steyblkoin” bazarının fəaliyyəti üçün hüquqi baza formalaşdırır, hansı ki, bunun ümumi həcmi hazırda 250 milyard dollar dəyərində qiymətləndirilir.

“Steyblkoin”lər nisbətən sabit kriptovalyuta növü hesab olunur, çünki onların məzənnəsi, məsələn, ABŞ dolları kimi aktivlərlə bağlıdır. Qanun layihəsi Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənib.

İmzalanma mərasimində həm qanunvericilər, həm də “Robinhood”, “Tether”, “Gemini” kimi böyük şirkətlərin rəhbərləri iştirak ediblər.

“Bu, bəlkə də internetin özünün yaranmasından bəri maliyyə texnologiyasında ən böyük inqilab ola bilər. Çoxları belə deyir”, – deyə Donald Tramp qeyd edib.

Onun sözlərinə görə, “GENIUS” banklara və maliyyə institutlarına tam ABŞ dolları və xəzinə qiymətli kağızları ilə dəstəklənən “steyblkoin”lər buraxmağa imkan verir ki, bu da Trampın fikrincə, dolların mövqeyini güclənməsinə kömək edəcək.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər