ABŞ prezidenti Donald Trampın sözlərinə görə, neft istehsalının azaldılması ilə bağlı əldə olunan razılaşma bütün tərəflərə uyğun olacaq. Xatırladaq ki, müqavilənin şərtlərinə görə, OPEC+ ölkələri neft hasilatını gündə 9,7 milyon barel azaldacaqlar.
Banker.az “Rbc.ru”ya istinadən xəbər verir ki, “Rusiya prezidenti Putinə və Səudiyyə Ərəbistanı kralı Salmana öz təşəkkürümü bildirirəm”, – Tramp bildirib.
Sİyasətçinin fikrincə, neft hasilatının azaldılmasına dair razılaşma “ABŞ-ın enerji sektorunda yüz minlərlə iş yerini xilas edəcəkdir”.
2020-ci il mayın 1-dən BƏƏ, Səudiyyə Ərəbistanı və Kuveyt neft hasilatını gündə 2 milyon barel, G20 ölkələri isə gündə 3,7 milyon barel azaldacaqlar.