ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə hər gün 10 min dollar ödəməli olacaq. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, qərar Nyu-York ştatının prokuroru Letisiya Ceymsin müraciətindən sonra qəbul edilib. O, iş adamından maliyyə fəaliyyəti ilə bağlı sənədləri təqdim etməyi tələb etsə də, Tramp bundan imtina edib. Eks-prezidenti müdafiəsi məhkəmə qərarına etiraz edəcək.
Letisiya Ceyms iş adamının “Trump Organization” şirkətinin fırıldaqçılığı ilə bağlı araşdırma aparır. Aprelin əvvəlində baş prokuror Trampı məsuliyyətə cəlb etmək niyyətində olduğunu açıqlayıb. O qeyd edib ki, prokurorluğun tələbinə və məhkəmə qərarına baxmayaraq, milyarder sənədləri təqdim etməyib.
Qeyd olunur ki, istintaq Tramp şirkətinin iqtisadi səmərə əldə etmək üçün maliyyə qurumlarına öz aktivlərinin dəyəri barədə yanlış məlumat verdiyini təsdiqindən sübutlar tapıb.
Trampın vəkili Alina Habbanın sözlərinə görə, mövcud olan bütün sənədlər vaxtından təqdim edilib. “Məhkəməyə hörmətsizliklə bağlı vəsatət yersiz və aldadıcıdır”, – deyə vəkil söyləyib.