20 C
Baku
Friday, October 11, 2024

Tramp hər gün koronavirus testindən keçəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, hər gün koronavirus testindən keçəcək.

Bu barədə Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında xəbər verib.

“Biz Maykla (ABŞ-ın vitse-prezidenti Penslə-red) test verdik… Biz həftədə bir dəfə yoxlanılırıq, bu, indi hər gün olacaq”, – Tramp deyib.

O, həmçinin Ağ Ev əməkdaşlarından birinin koronavirusla yoluxduğunu təsdiqləyib. “Mənim bu centlmenlə çox məhdud əlaqəm var idi”, – ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ prezidentinin köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub. Prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər